əlavə olunub European Union kateqoriyasında tərəfindən

1 tərcümə

redaktə olunub tərəfindən
2004-cü ildə Avropa İttifaqına 10 ölkə daxil olduqdan sonra Avropa Qonşuluq Siyasəti hazırlanmışdır. Məqsəd Avropanı parçalayacaq yeni sərhədlərin yaranmasının qarşısını almaqdır. Bunun vasitəsilə Avropa İttifaqı öz qonşularına imtiyazlı əlaqələr təklif edir, bu əlaqələri ümumi dəyərlərə (demokratiya və insan hüquqları, qanunun aliliyi, yaxşı idarəçilik, bazar iqtisadiyyatı prinsipləri və davamlı inkişaf) dair qarşılıqlı şəkildə götürülən öhdəliklərə əsaslandırır. AQS mövcud əlaqələrdən kənara çıxaraq, sülh, sabitlik və iqtisadi rifahın əldə edilməsi vasitəsi kimi islahatların aparılması ilə daha dərin siyasi əlaqələrin qurulmasını və iqtisadi inteqrasiyanı təklif edir. Əlaqələrin iddia səviyyəsi bu dəyərlərin nə dərəcədə bölüşdürüldüyündən asılı olacaqdır. AQS-ya Avropa İttifaqının birbaşa quru və dəniz sərhədləri olan qonşuları daxildir, yəni: Əlcəzair, Ermənistan, Azərbaycan, Belarus, Misir, Gürcüstan, İsrail, İordaniya, Livan, Liviya, Moldova, Mərakeş, İşğal olunmuş Fələstin Əraziləri, Suriya, Tunis və Ukrayna. Baxmayaraq ki, Rusiya da Aİ-nın qonşusudur, onunla əlaqələr dörd “ümumi məkanı” əhatə edən Strateji Tərəfdaşlıq çərçivəsində inkişaf etdirilir.

Kateqoriyalar

...