əlavə olunub Finance kateqoriyasında tərəfindən

1 tərcümə

redaktə olunub tərəfindən
Agent-transfer

Qiymətli kağızlar bazarında reyestr saxlayıcısı və qeydiyyatdan keçmiş şəxslər və ya onların səlahiyyətli nümayəndələri ara sında vasitəçilik funksiyasını həyata keçirən hüquqi şəxs. Agent-transfer reyestr saxlayıcısı saxlayıcısı ilə bağlanmış müqavilə əsasında fəaliyyət göstərir və qiymətli kağızlar bazarının peşəkar iştirakçısı sayılır. Agent-transfer qeydiyyatdan keçmiş şəxslər və ya onların səlahiyyətli nümayəndələrindən reyestrdə lazımi əməliyyatlar aparmaq üçün zəruri olan məlumatların və sənədlərin qəbul edilməsi və reyestr saxlayıcısına verilməsi, həmçinin, reyestr saxlayıcısından qarşı tərəfə lazım olan məlumat və sənədlərin qəbul edilməsi və ötürülməsi funksiyalarını həyata keçirir. Agent-transfer qeydiyyatdan keçmiş şəxslər üçün reyestrdə hər hansı bir digər əməliyyat aparılması, hesabların açılması, bu hesablar üzrə əməliyyatların aparılması və s. bu kimi digər funksiyaları həyata keçirmək səlahiyyətinə malik olmur.

Kateqoriyalar

...